Azərbaycanın U-21 millisi Sumqayıtda Monteneqro ilə qarşılaşacaq
21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi təlim-məşq toplanışı çərçivəsində bu gün növbəti yoxlama görüşünü keçirəcək. Şəffaflıq.az ın məlumatına görə, Ayxan Abbasovun baş məşqçisi olduğu kollektiv Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda Monteneqronun müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq. Matçın start fiti saat 20:00-da səsləndiriləcək. Qeyd edək ki, U-21 iyunun 4-də Baranoviçi şəhərində Belarusun müvafiq yaş qrupundan ibarət komandası ilə münasibətləri aydınlaşdırıb. Oyun meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Xəbəri paylaş
Facebook-da paylaş
