Azərbaycanın U-21 millisinin təlim-məşq toplanışı üçün ilkin heyəti müəyyənləşib
21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının mayın 26-da başlayacaq təlim-məşq toplanışı üçün ilkin heyəti müəyyənləşib. Şəffaflıq.az xəbər verir ki, U-21-in baş məşqçisi Ayxan Abbasov 30 futbolçuya dəvət göndərib. “Sabah”ın üzvü Elgün Dünyamalıyev mayın 31-də keçiriləcək Azərbaycan kubokunun final oyunundan sonra millinin düşərgəsinə qoşulacaq. Komandamızın Belarus və Monteneqro yığmalarına qarşı keçiriləcək yoldaşlıq görüşləri üçün yekun heyəti mayın 31-də məlum olacaq. Qeyd edək ki, U-21 millimiz toplanış çərçivəsində iyunun 4-də Minskdə yerləşən Baranoviçi şəhər stadionunda Belarusun, iyunun 8-də isə Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda Monteneqronun müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq. U-21-ə dəvət olunan futbolçularla tanış ola bilərsiniz: Adı / Soyadı Klubu 1 Rəvan Mirzəmmədov Sabah 2 Xəyal Fərzullayev Sumqayıt 3 Həbib Hüşənov Qəbələ 4 Səlim Həşimov Zirə 5 Elgün Dünyamalıyev Sabah 6 Raul Məmmədov Mingəçevir 7 Nadir Orucov Sumqayıt 8 Amin Rzayev Qarabağ 9 İbrahim Ramazanov Qəbələ 10 Ayxan Süleymanlı Sumqayıt 11 Emin Rüstəmov Səbail 12 Sənan Muradlı Sumqayıt 13 Nuğay Rəşidov Qəbələ 14 Rüfət Abbasov Şamaxı 15 Hikmət Cəbrayılzadə Qarabağ 16 İbrahim Hacı Qarabağ 17 Dinamin Bağırov Turan Tovuz 18 Elcan Əbilov Neftçi 19 Şahin İbrahimov Sabah 20 Murad Məmmədov Neftçi 21 Nihad Əhmədzadə Sumqayıt 22 Həsən Nəzərli Ankaragücü (Türkiyə) 23 Edqar Adilxanov Şamaxı 24 Emil Süleymanov Qəbələ 25 Oruc Məmmədov Səbail 26 Elcat Məmmədov Baltika (Rusiya) 27 Sadiq Baqiyev SKA Xabarovsk (Rusiya) 28 Sadiq Şəfiyev Kəpəz 29 Nihat Mehrəliyev Qarabağ 30 Ağadadaş Salyanskiy Neftçi
Facebook-da paylaş
