Lebedev: MDB dövlət başçılarının görüşü oktyabrın 10-da Düşənbədə keçiriləcək
Bu il oktyabrın 10-da Düşənbədə (Tacikistan) MDB dövlət başçılarının növbəti görüşü keçiriləcək. "Şəffaflıq.az" Tacikistan KİV-lərinə istinadən xəbər verir ki, bunu təşkilatın baş katibi Sergey Lebedev bildirib. Qeyd edilib ki, oktyabrın 9-da isə Düşənbədə MDB ölkələrinin xarici işlər nazirlərinin iclası keçiriləcək. O, həmçinin bildirib ki, MDB Hökumət Başçıları Şurasının növbəti iclası sentyabrın 30-da Minskdə keçiriləcək.
Xəbəri paylaş
Facebook-da paylaş
