Kənan Quluzadə: "Azərbaycana turist axını bu il 1,5 % artıb"
Bu ilin yanvar-may aylarında Azərbaycana 979 963 nəfər turist gəlib. Şəffaflıq.az xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin sədrinin müşaviri Kənan Quluzadə jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, 5 ay ərzində ölkəyə turist axını 1,5 % artıb. K. Quluzadə bildirib ki, təkcə may ayında ölkəyə 264 079 nəfər səyahətçi gəlib: "Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2 % artım deməkdir".
Xəbəri paylaş
Facebook-da paylaş
