Kiyev Ukraynanın bərpası konfransında Türkiyənin iştirakına ümid edir
Kiyev Ukraynanın bərpası layihələrində Türkiyə biznesinin iştirakına yardım etməyə hazırdır. "Report" yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə Ukrayna xarici işlər naziri Andrey Sibiqa bildirib. "Ukrayna Türkiyə biznesinin müvafiq layihələrdə iştirakına kömək etməyə hazırdır. İyulda (10-11 iyul) Romada keçiriləcək Bərpa üzrə Konfransda Türkiyə nümayəndə heyətinin iştirakını gözləyirik", - o qeyd edib. Şəffaflıq.az
Xəbəri paylaş
Facebook-da paylaş
