Ramin Məmmədov Astarada vətəndaşları qəbul edəcək
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov iyunun 4-də Lənkəran, Lerik və Astara rayonlarından olan vətəndaşları qəbul edəcək. Şəffaflıq.az xəbər verir ki, qəbul saat 11:00-da Astara rayonu Heydər Əliyev Mərkəzində (ünvan: Astara şəhəri, İstiqlaliyyət küçəsi, 26b) keçiriləcək. Dini Komitənin fəaliyyət istiqamətlərinə uyğun olaraq qəbula gəlmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Lənkəran regional bölməsinə (əlaqə vasitələri: (050) 380 27 43, (025) 255 39 84, [email protected], [email protected]) müraciət etmələri xahiş olunur.
	
	
	
 	Xəbəri paylaş
	
			
        
 
         
 Facebook-da paylaş 
 
			








 
 