Türkiyənin baş konsulu Torontoda azərbaycanlıların aksiyasına qoşulub
Kanadanın Toronto şəhərində Azərbaycanın Müstəqillik Gününə həsr olunmuş bayraqqaldırma aksiyası keçirilib. Şəffaflıq.az xəbər verir ki, bu barədə Türkiyənin Torontodakı baş konsulluğu "Azərbaycan – Kanada icması ilə birlikdə Azərbaycanın müstəqilliyinin 107-ci ildönümünü Kanadalı Azərbaycanlılar Şəbəkəsi tərəfindən təşkil edilmiş bayraqqaldırma aksiyası ilə qeyd etdik", – diplomatik nümayəndəliyin sosial şəbəkə hesabında bildirilib. Tədbirdə Türkiyənin Torontodakı baş konsulu Can Yoldaş da iştirak edib.
Xəbəri paylaş
Facebook-da paylaş
