Əsas Səhifə > SİYASƏT > Türkiyənin baş konsulu Torontoda azərbaycanlıların aksiyasına qoşulub

Türkiyənin baş konsulu Torontoda azərbaycanlıların aksiyasına qoşulub


26-05-2025, 11:34


Kanadanın Toronto şəhərində Azərbaycanın Müstəqillik Gününə həsr olunmuş bayraqqaldırma aksiyası keçirilib.

Şəffaflıq.az xəbər verir ki, bu barədə Türkiyənin Torontodakı baş konsulluğu

məlumat yayıb.

"Azərbaycan – Kanada icması ilə birlikdə Azərbaycanın müstəqilliyinin 107-ci ildönümünü Kanadalı Azərbaycanlılar Şəbəkəsi tərəfindən təşkil edilmiş bayraqqaldırma aksiyası ilə qeyd etdik", – diplomatik nümayəndəliyin sosial şəbəkə hesabında bildirilib.

Tədbirdə Türkiyənin Torontodakı baş konsulu Can Yoldaş da iştirak edib. 


Geri qayıt