Gəncədə Kəlbəcər sakinini avtomobil vuraraq öldürüb


Gəncə şəhərində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Şəffaflıq.az-ın məlumatına görə, Kəlbəcər rayon Yanşaq kənd sakini 1961-ci il təvəllüdlü İsmayıl Mirzəyev yolu keçmək istəyərkən onu avtomobil vurub.

O, aldığı xəsarətdən hadisə yerində keçinib.

Faktla bağlı araşdırma aparılır.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}