Oxçuçayda suyun səviyyəsi 12 sm artıb


Bəzi çaylarda sululuq artıb.

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib, Böyük Qafqaz ərazisindən axan Qusarçayda 11 sm, Qudiyalçayda 5 sm, Vəlvələçayda 2 sm, Kiçik Qafqaz ərazisindən axan Qabırrı çayda 5 sm, Qarabağ və Şərqi-Zəngəzur bölgəsindən axan Oxçuçayda isə 12 sm artım qeydə alınıb.

Transsərhəd çay olan Qanıx-Cəlayir məntəqəsində suyun səviyyəsi 5 sm artıb, su sərfi 401 m3/san olmaqla normanın 198%-ni təşkil edir.

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}