Əsas Səhifə > EKOLOGİYA > Oxçuçayda suyun səviyyəsi 12 sm artıb
Oxçuçayda suyun səviyyəsi 12 sm artıb20-05-2025, 09:29 |
|
Bəzi çaylarda sululuq artıb. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib, Böyük Qafqaz ərazisindən axan Qusarçayda 11 sm, Qudiyalçayda 5 sm, Vəlvələçayda 2 sm, Kiçik Qafqaz ərazisindən axan Qabırrı çayda 5 sm, Qarabağ və Şərqi-Zəngəzur bölgəsindən axan Oxçuçayda isə 12 sm artım qeydə alınıb. Transsərhəd çay olan Qanıx-Cəlayir məntəqəsində suyun səviyyəsi 5 sm artıb, su sərfi 401 m3/san olmaqla normanın 198%-ni təşkil edir. Şəffaflıq.az Geri qayıt |