Ukrayna ordusuna məxsus F-16 qırıcısı ilə əlaqə kəsilib
Ukrayna Silahlı Qüvvələrinin bu gün gecə saatlarında hava hücumunun dəf edilməsində iştirak edən F-16 təyyarəsi ilə əlaqəsi kəsilib. Şəffaflıq.az xəbər verir ki, bu barədə “RBK-Ukrayna” Ukrayna Silahlı Qüvvələrinin Hava Qüvvələri Komandanlığının sosial şəbəkələrdəki məlumatına istinadən bildirib. “Mayın 16-da saat 03:30 radələrində F-16 təyyarəsi ilə əlaqə kəsilib. Ukrayna qırıcı təyyarəsi Rusiyanın hava hücumunu dəf etmək tapşırığını yerinə yetirirdi”, - hərbçilər bildiriblər.
Xəbəri paylaş
Facebook-da paylaş
