Bakıda avtomobil 37 yaşlı kişini vuraraq öldürüb


Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Şəffaflıq.az xəbər verir ki, 2004-cü il təvəllüdlü Əhmədov Elvin Qabil oğlu idarə etdiyi “Mercedes Benz C Klass” markalı avtomobillə hərəkətdə olarkən yolu keçən piyada 1988-ci il təvəllüdlü Hasılov Pərvin Mirzə oğlunu vurub.

Piyada Sabunçu Tibb Mərkəzi PHŞ-yə çatdırılsa da, göstərilən tibbi yardımlara baxmayaraq, aldığı xəsarətlərdən ölüb.

Faktla bağlı cinayət işi başlanıb.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}