Əsas Səhifə > Hadisə > Bakıda avtomobil 37 yaşlı kişini vuraraq öldürüb
Bakıda avtomobil 37 yaşlı kişini vuraraq öldürüb16-05-2025, 09:30 |
Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Şəffaflıq.az xəbər verir ki, 2004-cü il təvəllüdlü Əhmədov Elvin Qabil oğlu idarə etdiyi “Mercedes Benz C Klass” markalı avtomobillə hərəkətdə olarkən yolu keçən piyada 1988-ci il təvəllüdlü Hasılov Pərvin Mirzə oğlunu vurub. Piyada Sabunçu Tibb Mərkəzi PHŞ-yə çatdırılsa da, göstərilən tibbi yardımlara baxmayaraq, aldığı xəsarətlərdən ölüb. Faktla bağlı cinayət işi başlanıb. Geri qayıt |