Xankəndidə ikinci məktəb açılacaq
Xankəndidə ikinci məktəb açılacaq. Şəffaflıq.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “Ən yaxşı təqdimat” müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimində çıxışı zamanı deyib. E.Əmrullayev xatırladıb ki, Xankəndi şəhərində Nizami Gəncəvi adına 4 nömrəli tam orta məktəb ötən il təmir olunub: "Həmin məktəb tam dolub, bu səbəbdən ikinci məktəbin açılması nəzərdə tutulub. 2026-cı ilədək bir neçə təhsil müəssisəsinin fəaliyyətini görəcəyik".
Xəbəri paylaş
Facebook-da paylaş
