Stolüstü tennis üzrə turnir keçirilib

2023-cü il mayın 10-da Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur.
Bu münasibətlə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 29 sentyabr 2022-ci il tarixdə 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan edilməsi haqqında sərəncam imzalayıb. Bu sərəncam Heydər Əliyev şəxsiyyətinə, onun tarixi xidmətlərinə yeni dəyərlər əsasında verilən qiymətdir. Sərəncamda qeyd edildiyi kimi, Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoymuşdur. Azərbaycanda 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi cəmiyyətin bütün təbəqələrində hədsiz sevinclə qarşılanır, dünya miqyaslı siyasət və dövlət xadiminin dövlətçilik ənənələrimizin dirçəldilməsi, yaşadılması və bərpa edilməsi sahəsində misilsiz xidmətlərinə, çağdaş tariximizdə tutduğu müstəsna mövqeyinə xalqımızın və dövlətimizin qədirbilən münasibətinin parlaq təcəssümü kimi qiymətləndirilir.

Ulu öndərin dövlətimiz, xalqımız qarşısındakı xidmətləri hər an, hər gün gözümüz önündədir. Bu qərar bir daha dahi şəxsiyyətin fəaliyyətinin ayrı-ayrı istiqamətlərinin dərindən araşdırılmasına, zəngin irsinin əhatəli təbliğinə geniş imkanlar yaradacaq.

Məlum olduğu kimi, “Heydər Əliyev İli” ilə əlaqədar respublikanın hər yerində müxtəlif tədbirlər keçirilir.

BrendSport.az saytı da 18-19 mart 2023-cü il tarixdə Suraxanı rayonu Əmircan qəsəbəsində yerləşən 154 nömrəli tam orta məktəbin idman kompleksində Stolüstü Tennis Federasiyasının, Bakı şəhəri üzrə Təhsil İdarəsinin, “Təhsil” Respublika İdman Mərkəzinin, 1 saylı Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin dəstəyi, "Soel Parfüm"ün baş sponsorluğu, "Natural halı" və "Scallezioni" italyan kişi brendinin sponsorluğu ilə Bakı məktəbliləri arasında Ulu öndər Heydər Əliyevin 100 illiyinə və Novruz bayramına həsr olunmuş stolüstü yarış keçirib.

Şəffaflıq.az xəbər verir ki,tədbir Azərbaycan Respublikasının Dövlət himni ilə açılıb. Sonra açliş üçün söz tədbirin layihə rəhbəri, BrendSport.az saytının baş redaktoru və idman tədbirlərinin təşkilatçısı Bəhruz Rəcəboğluna verilib. O, idmançıları salamlayaraq Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini birdəqiqəlik sükutka yad edilməsini təklif edib.

B.Rəcəboğlu sonra Ulu Öndərin həyat və fəaliyyətindən, idmana və idmançılara verdiyi dəyərdən danışaraq, onun layiqli davamçısı prezdent cənab İlham Əliyevin və birinci vitse-prezdent Mehriban xanım Əliyevanın uğurlu daxili və xarici siyasətindən söz açıb.

Daha sonra yarışın baş hakimi Qulu Quliyev oyunlara start verib. Yarışda Xəzər rayonu Binə qəsəbəsinin 88 və 121 saylı tam orta məktəbləri, eləcə də Suraxanı, Nərimanov, Nizami, Qaradağ rayonlarının məktəbliləri iştirak ediblər. Ümumilikdə yarışa 61 məktəbli qatılıb. Yarış iki yaş qrupu üzrə - 9 yaş və daha kiçik və 10-12 yaşlı uşaqlar arasında keçirilib. Yarışın keçirilməsində əsas məqsəd ölkəmizin azyaşlı stolüstü tennis idançılarının inkişafına dəstək vermək və yeni idmançıların yetişdirilməsi idi. Maraqlı keçən yarışın sonunda qaliblər müəyyənləşib.

10-12 yaşlı uşaqlar arasında keçirilən yarışda oğlanlar və qızlar arasında qaliblər aşağıdakılardır.

Oğlanlar:

1-ci yer: Raul Əsədov (Qaradağ rayon 319 nömrəli tam orta məktəb və 11 UGİM)

2-ci yer: Əliəkbər Mirzəliyev (Nizami rayon 97 nömrəli tam orta məktəbi və 13 İOEUGİM)

3-cü yer: Hüseyn Musazadə (Qaradağ rayonu 273 nömrəli tam orta məktəbi və 11 UGİM)

3-cü yer: Mehdi Quluzadə (Nizami rayonu 84 nömrəli tam orta məktəbi və 13 İOEUGİM)

Qızlar:

1-ci yer: Xədicə Vəliyeva (Suraxanı rayon Əmircan qəsəbəsi 154 nömrəli tam orta məktəbi və 13 İOEUGİM).

2-ci yer: İnci Ələkbərzadə (Nizami rayonu 229 nömrəli tam orta məktəbi və 13 İOEUGİM).

3-cü yer: Ələkbərova Sevinc (Qaradağ rayon 319 nömrəli tam orta məktəbi və 11 UGİM).

3-cü yer: Zəhra Mahmudova (Suraxanı rayonu Əmircan kəndi 154 nömrəli tam orta məktəbi və 13 İOEUGİM).

9 yaş və daha kiçik yaş qrupunda oğlanlar arasında qaliblər:

1-ci yer: İsgəndər İsgəndərov (Nizami rayonu 238 nömrəli tam orta məktəbi və 13 İOEUGİM).

2-ci yer: Hüseyn Əliyev (Xəzər rayon Binə qəsəbəsi 88 nömrəli tam orta məktəbi və 1 saylı İOEUGİM).

3-cü yer: Əbülfəz Kəlbiyev (Xəzər rayon Binə qəsəbəsi 88 nömrəli tam orta məktəbi və 1 saylı İOEUGİM).

3-cü yer: Hüseyn Kəlbiyev (Xəzər rayon Binə qəsəbəsi 88 nömrəli orta məktəbi və 1 saylı İOEUGİM).

9 yaş və daha kiçik qızların qalibləri:

1-ci yer: Aylin Şərifli (Nizami rayonu 238 saylı tam orta məktəbi və 13 İOEUGİM).

2-ci yer: Səidə Quluzadə (Nizami rayonu 84 nömrəli tam orta məktəbi və 13 İOEUGİM).

3-cü yer: Şövkət Şərifli (Nizami rayon 238 nömrəli tam məktəbi və 13 İOEUGİM)

3-cü yer: Gülnaz Cavadova (Suraxanı rayonu Əmircan Qəsəbəsi 154 nömrəli tam orta məktəbi və 13 İOEUGİM).

Tədbirdə daha əzimkar idmançılarda öz hədiyyələrini qazanıblar.

Qızlar:

Zümrüd Fərzullazadə (Nizami rayonu 238 nömrəli tam orta məktəbi və 13 İOEUGİM)

Doğan Rümeysa Yaren (Xəzər rayon Binə qəsəbəsi 88 nömrəli tam orta məktəbi və 1 saylı İOEUGİM)

Heybətova Məryəm (Xəzər rayon Binə qəsəbəsi 88 nömrəli tam orta məktəbi və 1 saylı İOEUGİM)
Oğlanlar:

Əli İsmayılov (Xəzər rayon Binə qəsəbəsi 88 nömrəli tam orta məktəbi və 1 saylı İOEUGİM).
Səmədzadə Hüseyn (Xəzər rayon Binə qəsəbəsi 121 nömrəli tam orta məktəbi və 1 saylı İOEUGİM)

Bütün qaliblərə və fərqlənənlərə Baş sponsor “Soel Parfüm”dan və sponsor “Scalzioni”dən qiymətli hədiyyələr verilmişdir.

Biz də BrendSport.az saytı olaraq hər zaman bizə dəstək göstərən Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinə, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə, Stolüstü Tennis Federasiyasına, "Təhsil" Respublika İdman Mərkəzinə, Bakı şəhər üzrə Təhsil İdarəsinə və Bakı 1 saylı Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinə göstərdiyi dəstək üçün öz təşəkkürümüzü bildiririk!




Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}