Gəncədə itkin düşən məktəbli qız Bakıda tapılıb

  Gəncədə itkin düşən 10-cu sinif şagirdi Bakıda tapılıb.
"Report"un Qərb Mərkəzinin məlumatına görə, Gəncə şəhəri, Üzeyir Hacıbəyli küçəsi, bina 119B, mənzil 7 ünvanında yaşayan, 2004-cü il təvəllüdlü Gülçin Məmmədova Bakı şəhərində tapılaraq ailəsinə təhvil verilib.
Qeyd edək ki, Gəncə şəhəri 39 saylı tam orta məktəbinin 10-cu sinif şagirdi olan G.Məmmədova yanvarın 21-də əmisigilə getmək adı ilə evdən çıxıb və günlərlə ondan xəbər alınmayıb.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}