Əsas Səhifə > Gündəm > Gəncədə itkin düşən məktəbli qız Bakıda tapılıb

Gəncədə itkin düşən məktəbli qız Bakıda tapılıb


23-01-2020, 17:20
  Gəncədə itkin düşən 10-cu sinif şagirdi Bakıda tapılıb.
"Report"un Qərb Mərkəzinin məlumatına görə, Gəncə şəhəri, Üzeyir Hacıbəyli küçəsi, bina 119B, mənzil 7 ünvanında yaşayan, 2004-cü il təvəllüdlü Gülçin Məmmədova Bakı şəhərində tapılaraq ailəsinə təhvil verilib.
Qeyd edək ki, Gəncə şəhəri 39 saylı tam orta məktəbinin 10-cu sinif şagirdi olan G.Məmmədova yanvarın 21-də əmisigilə getmək adı ilə evdən çıxıb və günlərlə ondan xəbər alınmayıb.
Geri qayıt