Sumqayıtda zəncirvari yol qəzası olub, xəsarət alanlar var
Sumqayıt şəhərində yol-nəqliyyat hadisəsi baş verib. “Report”un yerli bürosunun məlumatına görə, hadisə şəhərin İsmət Qayıbov və Taleh Kərimov küçələrinin kəsişməsində qeydə alınıb. İlkin məlumata əsasən, “VAZ-2104” markalı minik avtomobili, yük maşını və bir motosikletin toqquşması nəticəsində motosikletdə olan iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Faktla bağlı araşdırma aparılır.
Xəbəri paylaş
Facebook-da paylaş
