Əsas Səhifə > Hadisə > Sumqayıtda zəncirvari yol qəzası olub, xəsarət alanlar var
Sumqayıtda zəncirvari yol qəzası olub, xəsarət alanlar var12-05-2025, 12:39 |
Sumqayıt şəhərində yol-nəqliyyat hadisəsi baş verib. “Report”un yerli bürosunun məlumatına görə, hadisə şəhərin İsmət Qayıbov və Taleh Kərimov küçələrinin kəsişməsində qeydə alınıb. İlkin məlumata əsasən, “VAZ-2104” markalı minik avtomobili, yük maşını və bir motosikletin toqquşması nəticəsində motosikletdə olan iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Faktla bağlı araşdırma aparılır. Geri qayıt |