Asim İftixar Əhməd :Pakistan Hindistanın hərəkətlərini müharibə elanı kimi qiymətləndirir.


Pakistan Hindistanın hərəkətlərini müharibə elanı kimi qiymətləndirir.

Şəffaflıq.az  xarici KİV-ə istinadən xəbər verir ki, bunu Pakistanın BMT-dəki daimi nümayəndəsi Asim İftixar Əhməd deyib.

"Mayın 6-dan 7-nə keçən gecə onlar Pakistana bir sıra bölgələrdə əsassız hücuma keçiblər. Onlar qlobal çağırışlara baxmayaraq, bunu ediblər, müstəqil və neytral istintaq çağırışına məhəl qoymayıblar”, - diplomat bildirib.

Əhməd Pakistan tərəfinin məsuliyyətli davrandığını vurğulayıb: “Biz müəyyən mərhələdə etibarlı, müstəqil və neytral araşdırma tələb etdik. Bununla belə, Hindistanın reaksiyası son dərəcə aqressiv idi".

Daimi nümayəndə Hindistanı əvvəlcədən planlaşdırılmış eskalasiyada günahlandırıb: “Bizim üçün onların istənilən vəziyyətə bu şəkildə cavab verəcəkləri açıq idi, çünki bunu keçmişdə ediblər”.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}