Əsas Səhifə > XARİCİ XƏBƏR > Asim İftixar Əhməd :Pakistan Hindistanın hərəkətlərini müharibə elanı kimi qiymətləndirir.
Asim İftixar Əhməd :Pakistan Hindistanın hərəkətlərini müharibə elanı kimi qiymətləndirir.9-05-2025, 09:33 |
Pakistan Hindistanın hərəkətlərini müharibə elanı kimi qiymətləndirir. Şəffaflıq.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Pakistanın BMT-dəki daimi nümayəndəsi Asim İftixar Əhməd deyib. "Mayın 6-dan 7-nə keçən gecə onlar Pakistana bir sıra bölgələrdə əsassız hücuma keçiblər. Onlar qlobal çağırışlara baxmayaraq, bunu ediblər, müstəqil və neytral istintaq çağırışına məhəl qoymayıblar”, - diplomat bildirib. Əhməd Pakistan tərəfinin məsuliyyətli davrandığını vurğulayıb: “Biz müəyyən mərhələdə etibarlı, müstəqil və neytral araşdırma tələb etdik. Bununla belə, Hindistanın reaksiyası son dərəcə aqressiv idi". Daimi nümayəndə Hindistanı əvvəlcədən planlaşdırılmış eskalasiyada günahlandırıb: “Bizim üçün onların istənilən vəziyyətə bu şəkildə cavab verəcəkləri açıq idi, çünki bunu keçmişdə ediblər”. Geri qayıt |