Rusiyanın “Şeremetyevo” və “Vnukovo” hava limanlarında məhdudiyyətlər götürülüb


Rusiyanın paytaxtı Moskva vaxtı ilə saat 03:39-da (Bakı vaxtı ilə 04:39 - red.) “Şeremetyevo” və “Vnukovo” hava limanlarında təyyarələrin eniş-uçuşuna qoyulan məhdudiyyətlər götürülüb.

Şəffaflıq.az TASS-a istinadən xəbər verir ki, bu barədə “Rosaviasiya” məlumat yayıb.

"Şeremetyevo və Vnukovo hava limanlarında Moskva vaxtı ilə saat 03:39-da (Bakı vaxtı ilə 04:39 - red.) hava gəmilərinin enişi və uçuşu ilə bağlı məhdudiyyətlər götürülüb. Məhdudiyyətlər mülki təyyarələrin uçuşlarının təhlükəsizliyini təmin etmək məqsədilə tətbiq olunub", - məlumatda deyilir.

Paytaxtın “Domodedovo” və “Jukovski” hava limanlarında, eləcə də Kaluqa, Volqoqrad, Saratov və Samara hava limanlarında təyyarələrin enişi və uçuşu ilə bağlı məhdudiyyətlər qüvvədə qalır.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}