Türkiyədə rusiyalı turistləri daşıyan avtobus aşıb.
Türkiyədə rusiyalı turistləri daşıyan avtobus aşıb. Şəffaflıq.az-ın məlumatına görə, bu barədə DHA agentliyi məlumat yayıb. Bildirilir ki, turistlər Antalya hava limanından Side antik şəhərinə gedirmişlər. "İlkin məlumata görə, 18 rusiyalı və avtobus sürücüsü xəsarət alıb. Ümumilikdə avtobusda 25 Rusiya vətəndaşı olub", - məlumatda qeyd olunur. Şahidlər qəzanın nəticələrini lentə alıblar.
Xəbəri paylaş
Facebook-da paylaş
