Bu ilin ilk üç ayında 30 uşaq müəssisələrdən ailələrinə qaytarılıb
Bu ilin birinci rübündə daha 30 uşağın müəssisələrdən ailələrinə qayıdışına nail olunub. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyindən məlumat verilib. Bundan başqa, yanvar-mart aylarında 54 uşağın ailələri tərəfindən müəssisələrə verilməsinin qarşısı alınıb, həmin uşaqların öz ailələrində saxlanılması təmin olunub. Şəffaflıq.az
Xəbəri paylaş
Facebook-da paylaş
