Simonyan Sankt-Peterburqda Qafarova ilə görüşüb
Ermənistan parlamentinin spikeri Alen Simonyan Azərbaycanla danışıqların davam etdiyini bildirib və azərbaycanlı həmkarı Sahibə Qafarova ilə görüşü barədə danışıb. Şəffaflıq.az xəbər verir ki, o bu barədə aprelin 22-də keçirilən brifinqdə bildirib. Simonyanın sözlərinə görə, o, Sankt-Peterburqda MDB Parlamentlərarası Assambleyasının iclası zamanı azərbaycanlı həmkarı Sahibə Qafarova ilə qısa söhbət aparıb. Simonyan Azərbaycanın da Ermənistanla münasibətlərin tez bir zamanda normallaşmasında maraqlı olduğunu düşündüyünü vurğulayıb.
Xəbəri paylaş
Facebook-da paylaş
