Azərbaycan Basketbol Liqasında iki yarımfinalçı müəyyənləşib
Azərbaycan Basketbol Liqasında iki yarımfinalçı müəyyənləşib Şəffaflıq.az xəbər verir ki, bu gün keçirilən pley-off qarşılaşmalarından sonra növbəti mərhələyə adlayan komandalar bəlli olub. "Sərhədçi"yə 104:77 hesabı ilə qalib gələn "Sabah" yarımfinala yüksəlib. Bu komandalar arasında keçirilən ilk matçda da "bayquşlar" qələbə (90:64) qazanmışdı. Növbəti yarımfinalçının adına "Ordu" - "Neftçi" görüşündə aydınlıq gəlib. Rəqibini 88:54 hesabı ilə üstələyən "ağ-qaralar" adını növbəti raunda yazdırıb. Tərəflər arasında reallaşan ilk görüşdə də "Neftçi" qalib (93:84) gəlmişdi. Qeyd edək ki, "Sabah" finala gedən yolda "Şəki" - "Gəncə", "Neftçi" isə "Naxçıvan" - "Abşeron" cütünün qalibi ilə qarşılaşacaq.
Facebook-da paylaş
