Avstraliyada daha bir fəlakət: yüz minlərlə balıq öldü - FOTO

 

Avstraliyanın Yeni Cənubi Uels vilayətində meşə yanğınlarının ardınca yağan yağışlardan sonra külün çaylara tökülməyi nəticəsində yüz minlərlə balıq ölüb.

Bu barədə “The Guardian” yazır.

Yerli balıqçılar Makley çayını çürük bitki və ölü balıq qoxan “maye piroq qarışığı”na bənzədiblər. Onlar, həmçinin qeyd ediblər ki, əvvəllər balıqların bu cür kütləvi öldüyünü görməmişdilər.

Yanmış bitkilərin külünün və palçığın çaylara tökülməyi suda oksigenin səviyyəsinin azalmasına gətirib çıxarıb. Bu vəziyyət Avstraliyanın yanğın baş verən şərq sahilinin bütün çaylarında müşahidə olunur.

Qəzetdə qeyd edilir ki, balıqların ölümünün təsiri növbəti onilliklər ərzində də hiss oluna bilər.

Yerli sakinlər Makley çayını oksigenlə zənginləşdirmək üçün ora nasos yerləşdiriblər, həmçinin şlanqların köməyi ilə çaya təmiz su tökürlər.
Qeyd edək ki, Avstraliyanı cənginə almış meşə yanğınlarında bir milyarddan çox heyvan tələf olub.

Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}