Yevlaxda avtobus aşıb, 10-a yaxın sərnişin xəsarət alıb


Yevlax rayonunda sərnişin avtobusunun iştirakı ilə yol nəqliyyat hadisəsi olub, xəsarət alanlar var. 

Şəffaflıq.az-ın məlumatına görə, hadisə Yevlax rayonu Xanabad kənd ərazisində qeydə alınıb.

Bakı-Zaqatala marşrutu üzrə hərəkət edən sərnişin avtobusu idarəetmədən çıxaraq aşıb. Nəticədə 10-a yaxın sərnişin xəsarət alıb. Onlara ilkin tibbi yardım göstərilib. 

Faktla bağlı araşdırma aparılır.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}