Əsas Səhifə > Hadisə > Yevlaxda avtobus aşıb, 10-a yaxın sərnişin xəsarət alıb

Yevlaxda avtobus aşıb, 10-a yaxın sərnişin xəsarət alıb


16-04-2025, 10:13


Yevlax rayonunda sərnişin avtobusunun iştirakı ilə yol nəqliyyat hadisəsi olub, xəsarət alanlar var. 

Şəffaflıq.az-ın məlumatına görə, hadisə Yevlax rayonu Xanabad kənd ərazisində qeydə alınıb.

Bakı-Zaqatala marşrutu üzrə hərəkət edən sərnişin avtobusu idarəetmədən çıxaraq aşıb. Nəticədə 10-a yaxın sərnişin xəsarət alıb. Onlara ilkin tibbi yardım göstərilib. 

Faktla bağlı araşdırma aparılır.


Geri qayıt