"Qarabağ" Misli Premyer Liqasında növbəti qələbəsini qazanıb.
"Qarabağ" Misli Premyer Liqasında növbəti qələbəsini qazanıb. Şəffaflıq.az-ın məlumatına görə, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv XXX turda "Səbail"in qonağı olub. Qarşılaşma Ağdam təmsilçisinin qələbəsi ilə bitib - 4:1. Qalibiyyət qollarını 17-ci dəqiqədə Abdullah Zubir, 19, 52 və 64-cü dəqiqələrdə Leandro Andrade vurub. Meydan sahiblərinin təsəlli qoluna 72-ci dəqiqədə David Qomis imza atıb. Xallarının sayını 73-ə çatdıran "Qarabağ" liderdir. Paytaxt klubu 20 xalla sonuncu - 10-cu yerdədir. Qeyd edək ki, tura aprelin 13-də yekun vurulacaq.
Xəbəri paylaş
Facebook-da paylaş
