Holand dubl etdi, “Mançester Siti” darmadağına sevindi – YENİLƏNİB + VİDEO


İngiltərə Premyer Liqasında XXX tur davam edir.

Oxu.Az xəbər verir ki, çempionluq uğrunda mübarizə aparan “Mançester Siti” autsayder “Sauthempton”un qonağı olub.

Matç “şəhərlilər”in 4:1 hesablı qələbəsi ilə başa çatıb. Erlinq Holandın dubl etdiyi matçda “Mançester Siti”nin digər qollarını Cek Qriliş və penaltidən Xulian Alvares vurublar. Ev sahiblərinin təsəlli topuna Seku Mara imza atıb.

Qələbə sayəsində xallarını 67-yə çatdıran “Mançester Siti” lider “Arsenal”la fərqi 5-ə endirib. “Sauthempton” isə 23 xalla sonuncu - 20-cidir.

20:26

İngiltərə Premyer Liqasında XXX tur davam edir.

Oxu.Az xəbər verir ki, baş məşqçi postuna Frenk Lempardı gətirən “Çelsi” “Vulverhempton”un qonağı olub və minimal hesabla uduzub - 0:1.

Yeganə qolu 31-ci dəqiqədə Mateus Nunyes vurub.

“Çelsi” 39 xalla 11-ci, “Vulverhempton” 31 xalla 12-cidir.

Londonun digər təmsilçisi “Tottenhem” “Brayton”u qəbul edib və 2:1 hesablı qələbə qazanıb.

“Xoruzlar”ın qollarını Son Xın Min və Harri Keyn vurublar. “Brayton”un yeganə qoluna Lyuis Dank imza atıb. Matçda diqqət çəkən məqamlardan biri komandaların baş məşqçilərinin - Kristian Stellini və Roberto De Zerbinin 59-ci dəqiqədə birbaşa qırmızı vərəqə ilə cəzalandırılması olub.

“Tottenhem” 53 xalla 5-cidir. “Brayton” isə 46 xalla 7-ci pillədə qərarlaşıb.

17:37

İngiltərə Premyer Liqasında 30-cu tura start verilib.

Oxu.Az xəbər verir ki, açılış oyununda “Mançester Yunayted” “Everton”u qəbul edib. Matç “qırmızı şeytanlar”ın 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Hesabı 36-cı dəqiqədə Skot Maktominey açıb. 71-ci dəqiqədə isə Antoni Marsial matçda son nöqtəni qoyub.

Xallarını 56-ya çatdıran “Mançester Yunayted” “Nyukasl”ı geridə qoyaraq 3-cü pilləyə yüksəlib. Komanda “Nyukasl”a nisbətən bir oyun artıq keçirib. “Everton” 27 xalla 16-cıdır.

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}