YAP Sədrinin müavini Hakan Fidanın dəvəti ilə Türkiyəyə səfər edib
Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov Türkiyə xarici işlər naziri Hakan Fidanın dəvəti ilə Türkiyəyə səfər edib. Bu barədə "Report"a YAP-dan məlumat verilib. Qeyd edilib ki, səfərin məqsədi Türkiyə Prezidentinin himayədarlığı ilə bu ölkənin Xarici İşlər Nazirliyi tərəfindən təşkil olunan IV Antalya Diplomatiya Forumunda iştirakdır. Səfərdə YAP-ın Aparat rəhbəri ilə bərabər, İnformasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nurlan Qələndərov da iştirak edəcək. Səfər çərçivəsində bir sıra görüşlərin keçirilməsi də nəzərdə tutulub.
Xəbəri paylaş
Facebook-da paylaş
