Günün qoroskopu: 17 yanvar

 
Şəffaflıq.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir
Qoç -bu gün çoxsaylı çətinlikliklərlə yadda qalacaq. Onların öhdəsindən gəlməyin ən asan yolu çətinliklərə o qədər böyük əhəmiyyət verməməkdir. Əməkdaşlığa başlamaq olar. Amma yalnız bir halda ki, potensial müttəfiqinizlə siz eyni ritmdə hərəkət edəsiniz. Tələskən adamla ilbizin ittifaqı bu gün yaxşı heç nə vəd etmir.
Buğa - bu gün sizin üçün yaxşılığa doğru dəyişikliklərlə əlamətdar olacaq. Düzdür, bu dəyişikliklər çox əhəmiyyətli yox, amma çoxdan gözləniləndir. Addımlarınız rəqib və bədxahlarınızı dalana dirəyəcək, sizə isə ciddi üstünlük qazandıracaq. Əlverişli məqamdan uğurlu iş razılaşması, əməkdaşlıq barədə təklifinə razılaşmaq üçün istifadə etmək olar.
Əkizlər - yüksək işgüzarlıq günüdür. Əgər xüsusi nəsə planlaşdırmasanız belə, işlərin özü ortaya çıxacaq. Bu gün ciddi uğurlara bel bağlaya bilərsiniz. İşgüzar əlaqələrin qurulması üçün münasib gündür.
Xərçəng - şəxsi həyatda yaxşılığa doğru dəyişikliklərə nail olmaq olar. Amma bu, öz üzərinizdə ciddi işləməyi, baxışlarınızı bir daha nəzərdən keçirməyi tələb edir. Mövcud problemləri inkar etməyə çalışmayın. Ən yaxşısı onların əsl səbəbini üzə çıxarmağa cəhd göstərməkdir.
Şir - pul saymaq bacarığı lazımınız olacaq. Üstəlik, tək özünüzün yox, həm də başqalarının pulunu. Gün hansısa vacib və çətin işdə irəliləyişlə əlamətdar olacaq. Lakin bunu yalnız intuisiyasına yox, soyuq məntiqə əsaslanan adamlar bacaracaqlar.
Qız - həftənin ən əlverişli dövrü geridə qaldı. İndi uzunmüddətli planlar (o cümlədən, maliyyə sahəsində) qurmaq və qarşınızda yeni hədəflər qoymaq olar. Ünsiyyət dairəniz genişlənəcək, ətrafınızda həm effektli, həm də maraqlı əməkdaşlıq üçün münasib adamları görəcəksiniz.
Tərəzi - İş sahəsində ciddi problemlərin yaranacağı əlverişsiz gündür. Əvvəllər yaranmış münaqişələr kəskinləşəcək və heç kim onu sakitləşdirməyə cəhd göstərməyəcək. Bu gün çoxları başqalarının hərkətlərinin səbəb və motivləri ilə maraqlanmadan baltanı kökündən vuracaq. Əhəmiyyətsiz fikir ayrılıqları ciddi nəticələr verə bilər. Məsələn, höcət işçinin işdən çıxarılması və ya həddindən artıq inadcıl iş müttəfiqi ilə əlaqələrin birdəfəlik kəsilməsi kimi.
Əqrəb - təəssüf ki, evdə də vəziyyət yaxşılığa doğru dəyişməyəcək. Münaqişələr və incikliklər çox olacaq. Digər tərəfdən, belə problemlər bu gün nə qədər çox olsa, sabah bir o qədər az olacaq.
Oxatan - bu gün maraqlı imkanlar açacaq. Amma təəssüf ki, onların hamısından yararlanmaq mümkün olmayacaq. Nəinki tez, həm də düşünülmüş hərəkət etmək lazımdır ki, heç bir səy hədər getməsin. Sadəlövhlüyü unudun və uğura bel bağlamayın. Yalnız işə ciddi münasibət və hər addımınızda məsuliyyət uğura apara bilər.
Oğlaq - gün problem və sınaqlarla zəngindir. Baş verənləri aydınlaşdırmaq üçün diqqəti cəm etmək lazımdır. Amma məsələ burasındadır ki, diqqətinizi yayındıracaq və sizi narahat edəcəklər. Arzu etmədiyiniz məsləhətlərdən canınızı qurtarmaq və ya yersiz xahişlərdən xilas olmaq üçün bəzən özünüzü kifayət qədər sərt aparmalı olacaqsınız. Bu gün güclülərlə münasibətlərin pozulması təhlükəsi var. Rəhbər Oğlaqlara işçilərindən hansısa ürəyində kin saxlaya bilər.
Dolça - çox güman ki, bu gün sizin üçün əlverişsiz olacaq. Səfərlər məsləhət deyil. Hədər yerə çox vaxt sərf edəcəksiniz. Can atdığınız şeyi əldə etsəniz də, bu, böyük səylər hesabına başa gələcək. İş müttəfiqləriniz və rəhbərliklə dil tapmaq çətinləşəcək. Sizin nə danışdıqlarınız yox, etdikləriniz onların əsəbiləşməsinə səbəb olacaq.
Balıqlar - Bu gün çətin ki Balıqların zövqüncə olsun. Bürcün nümayəndələri özlərini yaxşı tərəfdən göstərmək imkanı əldə edə bilməyəcək və buna görə əməlli-başlı məyus olacaqlar. Bundan başqa, onlar tənqidə çox kəskin reaksiya verir və nəticədə həm işgüzar, həm də şəxsi əlaqələrə ciddi ziyan dəyir. Əhval-ruhiyyəni yüksəltməyin sadə yolu bir qədər az küsəyənlik və bir qədər artıq yumor hissidir.Milli.Az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}