ADB "Bakı Metropoliteni"nin genişləndirilməsi üçün texniki yardımı təsdiqləyib
Asiya İnkişaf Bankı (ADB) "Bakı Metropoliteni"nin genişləndirilməsi layihəsi çərçivəsində texniki yardım üçün 225 min ABŞ dollarınin ayrılmasını təsdiqləyib. Şəffaflıq.az ADB-yə istinadən xəbər verir ki, maliyyələşdirmə xüsusi texniki yardım fondundan həyata keçiriləcək. Vəsaitlər “Bakı Metropoliteni” QSC-nin aşağıdakı istiqamətlərdə dəstəklənməsinə yönəldiləcək: - mövcud və hazırlanan layihə sənədlərinin təhlili: - nəqliyyat sektorunda idarəetmə səmərəliliyinin artırılması üçün institusional dəyişikliklərə dəstək; - infrastruktur layihələrinin həyata keçirilməsində potensialın gücləndirilməsi, - ekoloji tələblər, satınalmalar və layihə fəaliyyətinin digər aspektləri sahəsində ADB standartları ilə bağlı biliklərin ötürülməsi. Bu dəstəyin Bakıda metropolitenin müasir, səmərəli və tələblərə uyğun inkişafına töhfə verəcəyi gözlənilir.
Facebook-da paylaş
