Fransanın "Arte France" telekanalının "28 dəqiqə" verilişində Ermənistanın olmadığı Cənubi Qafqaz xəritəsi yayımlanıb.
Fransanın "Arte France" telekanalının "28 dəqiqə" verilişində Ermənistanın olmadığı Cənubi Qafqaz xəritəsi yayımlanıb. Şəffaflıq.az axar.az-a istinadla xəbər verir ki, bu barədə "Le Figaro" nəşrinin direktor müavini Jan-Kristof Buisson sosial şəbəkədə məlumat yayıb. "Mən qətiyyən inanmıram ki, bu, "Arte France"da qəsdən edilib və ya Azərbaycan televiziya lobbisinin hərəkətləridir. Lakin bu səhv göz və ürəyi ağrıdır: Ermənistan Qafqazın xəritəsindən sadəcə silinib. Ərdoğan və Əliyevin arzusu..." - Buisson yazıb. Qeyd edək ki, Fransada mediaya güclü təsir edən erməni diasporuna qulluq göstərənlər dəstəsi öz səhvlərində belə Azərbaycanı və Türkiyəni "günahkar" çıxarmağa təşəbbüs edəcək qədər bəsitləşiblər.
Facebook-da paylaş
