Azərbaycanın U-21 seçməsi bu gün Moldova ilə üz-üzə gələcək
Türkiyədə təlim-məşq toplanışını davam etdirən Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət millisi bu gün yoldaşlıq görüşündə Moldova ilə qarşılaşacaq. Şəffaflıq.az xəbər verir ki, U-21 baş məşqçi Ayxan Abbasovun rəhbərliyi altında ilk oyununa çıxacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Qeyd edək ki, martın 26-dək qardaş ölkədə hazırlıqlarını davam etdirəcək milli komanda 3 gün sonra Şimali Makedoniyanın müvafiq yaş qrupundan ibarət seçməsi ilə üz-üzə gələcək.
Xəbəri paylaş
Facebook-da paylaş
