Alen Simonyan: Paşinyanın mayın 9-da Moskvaya səfər planlarından xəbərsizəm
Ermənistan parlamentinin spikeri Alen Simonyan ölkənin baş naziri Nikol Paşinyanın mayın 9-da Moskvaya gözlənilən səfəri barədə məlumatlı olmadığını bildirib. Bu barədə Ermənistan KİV-ə istinadən xəbər verir. "Ermənistan baş nazirinin 9 may tədbirlərində iştirak edib-etməyəcəyini bilmirəm. Baş nazirin hansı qərar qəbul edəcəyi barədə məlumatsızam ", - A.Simonyan jurnalistlərə bildirib. Bununla yanaşı, o, Ermənistanın qələbəyə böyük töhfə verən ölkələrdən biri olduğunu vurğulayıb. "Böyük Vətən müharibəsi zamanı 300 mindən çox qurbanımız olub", - parlamentin spikeri əlavə edib. Xəbər verildiyi kimi, martın 14-də Kremlin mətbuat xidməti bildirmişdi ki, N.Paşinyan Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı zamanı Qələbənin 80 illiyi münasibətilə Moskvada keçiriləcək yubiley tədbirlərində iştirakını təsdiqləyib. Şəffaflıq.az
Facebook-da paylaş
