Azərbaycanlı alim riyazi tənliyi həll etdiyinə görə beynəlxalq mükafatlara namizəd göstərilə bilər
Azərbaycanlı professor Kamal Sultanovu uzun illərdir həlli tapılmayan "Navye-Stoks bərabərliyi" tənliyini çözdüyünə görə riyaziyyat üzrə beynəlxalq mükafatlara namizəd göstərilə bilər. "Report" xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti Rasim Əliquliyev "Navye-Stoks bərabərliyi" tənliyi barədə təqdimatda deyib. Onun sözlərinə görə, 1945-ci ildən sonra Azərbaycan alimləri Moskva və digər şəhərlərlə əlaqəli olublar, riyazi bilikləri ölkəyə gətiriblər: "Bununla da addım-addım Azərbaycan riyazi məktəbi yaranıb. Misir Mərdanov nazir olanda riyaziyyat elminə yeni nəslin gəlməsində narahatlıqları var idi. Yeni gələn riyaziyyatçılar əvvəlki effekti verirmi? Mən müşahidə etmirəm. Yəqin bunun da bir həlli olacaq. Fundamental elmlər vəsait tələb edir ki, mütəxəssislər yetişdirəsən. Ona görə də alimlərimizə əlimizdən gələn dəstəyi göstərməli olduğumuzu düşünürəm".
Facebook-da paylaş
