Bakıda şapito quraşdırılacaq


Bakıda Budapeşt Sirkinin təcrübəsindən istifadə edilərək şapito quraşdırılacaq.

Şəffaflıq.az-ın məlumatına görə, Bakı Dövlət Sirkinin direktor əvəzi Nahid Ağayev Macarıstanın paytaxtı Budapeştə işgüzar səfəri zamanı sirkin direktoru Peter Fekete ilə bununla bağlı müzakirələr aparıb.

Bildirilib ki, şapito yaxın zamanda Bakıya gətiriləcək.

Danışıqlar zamanı həmçinin yeni əməkdaşlıq münasibətləri də müzakirə olunub.

Bakı Dövlət Sirki ilə Budapeşt sirki arasında bağlanılan əməkdaşlıq müqaviləsində sirk məktəbinin Bakıda fəaliyyətinə dair təcrübə mübadiləsi də xüsusi bəndlə qeyd olunub.

Budapeşt Sirkinin direktoru Peter Fekete bildirib ki, Bakı Dövlət Sirki qurulan sıx əməkdaşlıq münasibətlərində Budapeşt sirk proqramlarının Azərbaycanda nümayiş olunması əsas hədəflərdəndir.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}