Ukraynalı general: Rusiyaya casusluq etməkdə şübhəli bilinən 3 minə yaxın şəxs saxlanılıb

Rusiya xüsusi xidmət orqanlarının və digərlərinin ölkəmizə diqqəti daim dəyişir. Təxribatlar təşkil edirlər. Başa düşürük ki, demarkasiya xəttində və cəbhə xəttində dəqiq fəaliyyət göstərən fəal diversiya qrupları var.

Bunu “Report”un Şərqi Avropa bürosuna müsahibəsində Ukrayna Milli Polisinin Baş cinayət axtarış departamentinin rəisi, polis generalı Vadim Dzyubinskin bildirib.

“Onlarla hərbiçilər və polis məşğul olur. Hər şey ofislərdə şkaflarının yandırılması ilə başladı. Əvvəlcə təxribat bu bu əməllərə qarşı yönəldildi. Sonradan onlar hərbi maşınları, eləcə də Müdafiə Qüvvələrinə aid maşınları yandırmağa başladılar. Əslində, yeni təxribat növü partlayıcı qurğuların quraşdırılması və həm Hərbi komisarlıqların inzibati binalarını partlatmağa cəhd, həm də polis bölmələrinin yaxınlığında bu partlayıcı qurğuların işə salınmasıdır.

Ötən il 7 belə hadisə baş verib və onların hamısının üstü açılıb. Bütün cinayətkarlar saxlanılıb və bu diversantlarla Rusiya Federasiyasının xüsusi xidmət orqanları arasında əlaqə də təsdiqlənib. Polis kaloborasiya (müxtəlif diversiya əməli törədənlər) fəaliyyətilə məşğul olan 2968 nəfəri saxlayıb”, - əlavə edib.

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}