İran Tehran yaxınlığında Ukrayna təyyarəsinin qəzaya düşməsinin səbəbini açıqlayıb.

İran Tehran yaxınlığında Ukrayna təyyarəsinin qəzaya düşməsinin səbəbini açıqlayıb.
Şəffaflıq.az İSNA agentliyinə istinadən xəbər verir ki, bu barədə İran Silahlı Qüvvәlәrinin Baş Qәrargahı bәyanat yayıb.
Bəyanatda bildirilib ki, İran Ukrayna təyyarəsini səhvən vurub və bunda heç bir qəsd yoxdur. Səbəb kimi isə İranın İraqdakı ABŞ hәrbi bazasına hücumu vaxtı vә sonrakı saatlarda ABŞ hәrbi təyyarələrinin həmin bölgədə uçuşlarını artırmış olması göstərilib.
Məsələ ilə bağlı daha bir bəyanatı isə İran Prezidenti Həsən Ruhani verib.
O bildirib ki, bu səhv belə olsa, cəzasız qalmayacaq, bədbəxt hadisənin baş verməsində bütün günahı olanlar aşkarlanıb cəzalandırılacaqlar.
Ruhani həmçinin İran XİN-ə meyitlərin aşkarlanmasında vətəndaşları olduqları ölkələrlə tam əməkdaşlıq edilməsi göstərişini verdiyini də qeyd edib.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}