"Real"ın oyunçusu futbol klubunun səhmlərini alıb
İspaniyanın "Real" (Madrid) komandasının futbolçusu Vinisius Junior qrup investisiya şirkəti ilə Portuqaliyanın II liqasında mübarizə aparan "Alverka" klubunu satın alıb. Şəffaflıq.az xəbər verir ki, bu barədə "Record" idman qəzeti məlumat yayıb. Səhmlərin 70-80 faizi Vinisius da daxil olmaqla bir qrup ispan və braziliyalı investora satılıb. Qeyd edək ki, "Alverka" turnir cədvəlində ikinci sırada qərarlaşıb və tarixində 5 dəfə I Liqada çıxış edib. Komanda Braziliya futboluna yaxınlığı ilə tanınır. Belə ki, hazırda heyətdə 15 Braziliya əsilli futbolçu çıxış edir.
Xəbəri paylaş
Facebook-da paylaş
