ADA-da İtaliyanın Luiss Universitetinin “3+2” hüquq proqramı təqdim ediləcək
İtaliyanın Luiss Universitetinin nümayəndə heyəti ADA Universitetində əməkdaşlığın genişləndirilməsi istiqamətində görüşlər keçirir. Şəffaflıq.az-ın məlumatına görə, ADA Universitetində müzakirələr aparan heyət təhsil proqramların genişləndirilməsi, tələbələr üçün yeni imkanların araşdırılması və institusional əlaqələrin dərinləşdirilməsi məsələlərini diqqətdə saxlayıblar. Görüşlərdə ADA Universitetinin Hüquq fakültəsi ilə birgə həyata keçiriləcək “3+2” hüquq proqramının təqdim edilməsi ilə bağlı ilkin müzakirələr aparılır. Belə ki, proqram çərçivəsində tələbələr üç il Bakıda, iki il isə Romada təhsil alacaq və beynəlxalq perspektivə əsaslanan hüquq təhsili əldə edəcəklər. Beşillik təhsil müddətinin sonunda məzunlar hər iki universitetin təhsilinə yiyələnəcəklər. Bundan əlavə, beynəlxalq münasibətlər üzrə ikili diplom proqramının da irəli sürülməsi müzakirə olunması gözlənilir. "Bu proqram ADA Universitetinin Diplomatiya və Beynəlxalq Münasibətlər üzrə magistr proqramının və Luiss Universitetinin Beynəlxalq Münasibətlər ixtisasının birləşməsindən yaranacaq. Yüksək akademik göstəricilərə malik tələbələr üçün nəzərdə tutulan bu seçim əsaslı proqram onların diplomatiya və beynəlxalq tədqiqatlar sahəsində biliklərini dərinləşdirəcək və qlobal karyera imkanlarını artıracaq", - məlumatda qeyd olunub. Luiss Universitetinin nümayəndə heyətinin Azərbaycanın rəsmiləri ilə də görüşlər keçirməsi nəzərdə tutulub. Görüşlərin əsas mövzularından biri “Made in Azerbaijan” brendinq təşəbbüsü çərçivəsində əməkdaşlığın genişləndirilməsinə və təhsil vasitəsilə iqtisadi və biznes əlaqələrinin möhkəmləndirilməsinə yönəlib. Qeyd edək ki, hər iki universitetin birgə təqdim etdiyi magistr proqramına artıq iki tələbə qrupu qəbul edilib. Gələcəkdə əməkdaşlığı daha da inkişaf etdirmək üçün tərəflər müxtəlif sahələrdə fəaliyyət göstərən mütəxəssislərin peşəkar bacarıqlarını artıracaq ixtisasartırma proqramları təklif etməyi planlaşdırırlar.
Facebook-da paylaş
