Audiovizual Şuranın sədri: Azərbaycanda cizgi filmi serialının yerli istehsalı yoxdur
Azərbaycanda cizgi filmi serialının yerli istehsalı yoxdur. Şəffaflıq.az xəbər verir ki, bunu Audiovizual Şuranın sədri İsmət Səttarov fevralın 14-də keçirdiyi brifinqdə deyib. O bildirib ki, belə cizgi filmlərinin çəkilməsinə peşəkar komanda və yüksək maliyyə lazımdır. “Bu, televiziyaların işi deyil, müstəqil prodakşınların istiqamətidir. Ümid edirik, gələcəkdə bizdə də bu təcrübə olacaq”, - Şura sədri vurğulayıb.
Xəbəri paylaş
Facebook-da paylaş
