Kerç boğazında mazut sızıntısından sonra 80-dən çox ölü delfin tapılıb
Kerç boğazında tankerlərin qəzası və mazut sızıntısından sonra ölən delfinlərin sayı 84-ə çatıb. Şəffaflıq.az xəbər verir ki, bu barədə “İnterfaks”a “Delfa” Delfinləri Xilasetmə Elmi-Ekoloji Mərkəzinin direktoru Tatyana Beley məlumat verib. “Son məlumatlara görə, dekabrın 15-dən sonra 84 delfinin ölümü qeydə alınıb”, – Beley bildirib. Onun sözlərinə görə, yanvarın sonundan sahilə atılan ölü delfinlərin sayı azalıb. “Hələlik gələcəkdə nə qədər delfinin öləcəyini proqnozlaşdıra bilmirik. Balinakimilərdə ertələnən fəsadlar ola bilər: orqanizmdə toplanan toksikantlar immuniteti əhəmiyyətli dərəcədə azalda və müxtəlif xəstəliklərə yol aça bilər”, – Beley əlavə edib. Əvvəllər mazut sızıntısından sonra təxminən 70 ölü delfinin tapıldığı bildirilirdi. Xatırladaq ki, dekabrın 15-də Kerç boğazında mazut daşıyan "Volqaneft 212" və “Volqaneft 239” tankerləri qəzaya uğrayıb. Heyət üzvlərindən biri ölüb, digərləri təxliyə edilib. Qəza sonucunda dənizə təxminən 2,4 min ton mazut axıb.
Facebook-da paylaş
