Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyası (AMA) tərəfindən həyata keçirilən bu innovativ kulturoloji layihə, mədəniyyət, elm və təhsilin vəhdətini gücləndirmək və vətəndaşların əqli və mənəvi mədəniyyətinin inkişafına töhfə vermək məqsədi daşıyır. Tədbirdə millət vəkilləri, təhsil və elm adamları, ziyalılar və müxtəlif universitetlərin professor-müəllim heyəti, KİV nümayəndələri də daxil olmaqla mühim şəxslər yer aldı.
Şəffaflıq.az xəbər verir ki,tədbiri kulturoloq, tarix elmləri doktoru, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, "Simurq" Azərbaycan Mədəniyyət Assosiasiyasının prezidenti, Azərbaycanda kulturologiya elminin yaradıcısı Fuad Məmmədov dəyərli nitqi ilə açdı.





Tədbirdə çıxış edən ekspertlər:

Fuad Məmmədov – kulturoloq, tarix elmləri doktoru, professor – “Yüksək mədəniyyətli insan” kulturoloji ustad sinifi

Əbülfəs Qarayev – keçmiş mədəniyyət naziri

Aydın Mirzəzadə – millət vəkili

Anar Cəfərov – Kənd Təsərrüfatı Nazirliyinin İnnovasiyalar Mərkəzinin direktoru

Minaxanım Əsədli – Azərbaycan Turizm və Menecment Universitetinin professoru, tarix elmləri doktoru, Azərbaycan kulturoloqlar cəmiyyətinin üzvü

Vüsalə Məmmədzadə – sənətşünaslıq üzrə fəlsəfə doktoru, Azərbaycan kulturoloqlar cəmiyyətinin üzvü

Həsən Həsənov – tarix elmləri doktoru, Azərbaycanın keçmiş xarici işlər naziri

Zaur Ramazanov – Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin məsul əməkdaşı

Misir Mərdanov – AMEA-nın müxbir üzvü, AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru

Namik Heydərov – Sosial İnkişaf Nazirliyinin şöbə müdiri

Nizami Cəfərov – akademik, millət vəkili, Atatürk Mərkəzinin rəhbəri

Ramiz İsgəndərov – ekspert (tədbir çərçivəsində xüsusi məruzə ilə çıxış edib)

Rüstəm Qasımov – “Yeni dövr” media əməkdaşı

Sveta Bayramova – “Simurq” AMA vitse-prezidenti

Fazil Mustafa – millət vəkili

Şahin Seyidzadə – millət vəkili

İlqar Talıbov – S.C.Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasının direktoru

Leyla Hacıyeva – S.C.Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasının direktor müavini
Tədbirdə təqdim edilən materiallar, müzakirə və təkliflər kulturoloji tədqiqatların elmi bazasını təşkil edərək, mədəniyyətin
idarəetmə və təhsil sisteminə təsiri, demokratiya və siyasi mədəniyyətin inkişafı, habelə mədəni irsin qorunməsı mövzularını əhatə etmişdir.
































Bu cür akademik platforma intellektual mədəniyyətin inkişafını gücləndirməyə xidmət edir və qüdrətli dövlətin inkişafını dəstəkləyir. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2021-ci il 2 fevral tarixli
QÜDRƏTLİ DÖVLƏT VƏ YÜKSƏK RİFAH CƏMİYYƏTİ Sərəncamına əsaslanır.



















"Yüksək mədəniyyətli Azərbaycan vətəndaşı" layihəsi mədəniyyətin doğru mahiyyətini dərk etməyə və tətbiqinə yönələrək kulturogenez nəzərindən elmi, təhsili, maarifçiliyi mədəniyyətin flaqmanı kimi qiymətləndirir.
Gələcəkdə bu kimi layihələrin davam etdirilməsi və ölkə üzrə genişləndirilməsi nəzərdə tutulur.
Kulturoloji oxumaların nəticəsində Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə bəyənnamə qəbul olundu.
Tədbirin keçirilməsi üçün yaratdığı şəraitə və göstərdiyi dəstəyə görə xüsusilə Nizami Cəfərova təşəkkür edirik.