Əsas Səhifə > ELM VƏ TƏHSİL / MANŞET > “Yüksək mədəniyyətli Azərbaycan vətəndaşı” kulturoloji elmi oxularının davamı olaraq genişmiqyaslı tədbir keçirildi.
“Yüksək mədəniyyətli Azərbaycan vətəndaşı” kulturoloji elmi oxularının davamı olaraq genişmiqyaslı tədbir keçirildi.8-02-2025, 09:48 |
6-7 fevral 2025-ci il tarixlərində Azərbaycan Atatürk Mərkəzi, elm və mədəniyyətin inteqrasiyasına xüsusi önəm verərək, “Yüksək mədəniyyətli Azərbaycan vətəndaşı” kulturoloji elmi oxularının ikinci və üçüncü görüşlərinə ev sahibliyi etdi. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyası (AMA) tərəfindən həyata keçirilən bu innovativ kulturoloji layihə, mədəniyyət, elm və təhsilin vəhdətini gücləndirmək və vətəndaşların əqli və mənəvi mədəniyyətinin inkişafına töhfə vermək məqsədi daşıyır. Tədbirdə millət vəkilləri, təhsil və elm adamları, ziyalılar və müxtəlif universitetlərin professor-müəllim heyəti, KİV nümayəndələri də daxil olmaqla mühim şəxslər yer aldı. Şəffaflıq.az xəbər verir ki,tədbiri kulturoloq, tarix elmləri doktoru, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, "Simurq" Azərbaycan Mədəniyyət Assosiasiyasının prezidenti, Azərbaycanda kulturologiya elminin yaradıcısı Fuad Məmmədov dəyərli nitqi ilə açdı. Tədbirdə çıxış edən ekspertlər: ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() Tədbirdə təqdim edilən materiallar, müzakirə və təkliflər kulturoloji tədqiqatların elmi bazasını təşkil edərək, mədəniyyətin idarəetmə və təhsil sisteminə təsiri, demokratiya və siyasi mədəniyyətin inkişafı, habelə mədəni irsin qorunməsı mövzularını əhatə etmişdir. Bu cür akademik platforma intellektual mədəniyyətin inkişafını gücləndirməyə xidmət edir və qüdrətli dövlətin inkişafını dəstəkləyir. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2021-ci il 2 fevral tarixli QÜDRƏTLİ DÖVLƏT VƏ YÜKSƏK RİFAH CƏMİYYƏTİ Sərəncamına əsaslanır. "Yüksək mədəniyyətli Azərbaycan vətəndaşı" layihəsi mədəniyyətin doğru mahiyyətini dərk etməyə və tətbiqinə yönələrək kulturogenez nəzərindən elmi, təhsili, maarifçiliyi mədəniyyətin flaqmanı kimi qiymətləndirir. Gələcəkdə bu kimi layihələrin davam etdirilməsi və ölkə üzrə genişləndirilməsi nəzərdə tutulur. Kulturoloji oxumaların nəticəsində Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə bəyənnamə qəbul olundu. Tədbirin keçirilməsi üçün yaratdığı şəraitə və göstərdiyi dəstəyə görə xüsusilə Nizami Cəfərova təşəkkür edirik. Geri qayıt |