İstintaq Komitəsi Moskvanın Kapotnya rayonunda mehmanxanada uşaqların zəhərlənməsi ilə bağlı cinayət işi açıb.
İstintaq Komitəsi Moskvanın Kapotnya rayonunda mehmanxanada uşaqların zəhərlənməsi ilə bağlı cinayət işi açıb. Şəffaflıq.azTASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin Moskva Baş İstintaq İdarəsinin mətbuat xidməti məlumat yayıb. “Rusiya İstintaq Komitəsinin Moskva üzrə Baş İstintaq İdarəsinin Cənub-Şərq İnzibati Dairəsi üzrə İstintaq İdarəsinin Lyublinski rayonlararası istintaq şöbəsi Cinayət Məcəlləsinin 238-ci maddəsi ilə cinayət işi açıb", - məlumatda bildirilib. İlkin ehtimala görə, fevralın 1-də Moskvanın 2-ci Kvartal Kapotnya küçəsindəki hoteldə uşaqlar qida zəhərlənməsi əlamətləri ilə həkimə müraciət ediblər. Altı azyaşlı paytaxtdakı tibb müəssisələrindən birinə aparılıb. Hazırda müstəntiqlər hadisə yerində araşdırma aparır.
Facebook-da paylaş