İrəvan və Bakı arasında sülh sazişinin imzalanması sabitlik üçün əsas elementdir


Ermənistan-Azərbaycan sərhədinin demarkasiyası və sülh müqaviləsinin hazırlanması üzrə iş Cənubi Qafqazda sabitliyin təmin edilməsi üçün əsas məsələlərdən biridir.

Şəffaflıq.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bunu KTMT Birləşmiş Qərargahının rəisi general-polkovnik Andrey Serdyukov brifinqdə bildirib.

"Regionda vəziyyət qeyri-sabit olaraq qalır. Onun tənzimlənməsi prosesi davam edir. Bunun da mərkəzi aspekti Ermənistan-Azərbaycan sərhədinin demarkasiyası və sülh müqaviləsinin hazırlanması üzrə işdir", - o qeyd edib.

O, həmçinin vurğulayıb ki, regionda gərginliyə Qərb ölkələrinin Cənubi Qafqazda öz təsirini möhkəmləndirmək cəhdləri səbəb olur.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}